Bakıda avtoxuliqanlıq etdiyi üçün saxlanılan şəxsin narkotik vasitələr aludəçisi olduğu məlum olunub

Bakıda avtoxuliqanlıq etdiyi üçün saxlanılan şəxsin narkotik vasitələr aludəçisi olduğu məlum olunub
13:12 8 Aprel 2015
33 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda avtoxuliqanlıq edən şəxsin narkoman olduğu aşkarlanıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Elşad Novruzov idarə etdiyi "Nissan" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının İsmayıllı rayonu ərazisindəki daimi postunda saxlanılıb və bu zaman 2 sərnişini avtomobildən düşərək qaçıb. Avtomobilə baxış zamanı 241,49 qram marixuana götürülüb. E.Novruzov müayinədən keçirilib və onun narkotik vasitənin təsiri altında olması müəyyən edilərək İsmayıllı Rayon Polis Şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/bakida-avtoxuliqanliq-eden-sexsin-narko

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR