Somalinin paytaxtı Moqadişoda oktyabrın 14-də törədilmiş terror aktını təhqiq edən komissiya yekun məlumat açıqlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, komissiyanın məlumatına əsasən, hadisə nəticəsində həlak olanların sayı 512 nəfərə, yaralıların sayı 312 nəfərə çatıb, 62 insan isə itkin düşüb.
Hökumət partlayışın arxasında "Əş-Şəbab" qruplaşmasının dayandığını ehtimal edir.
Xatırladaq ki, oktyabrın 14-də Moqadişo şəhərinin ən izdihamlı küçələrinin birində bomba dolu yük avtomobili partladılıb. Bu, ölkə qeydə alınan ən böyük və ən qanlı terror aktı kimi tarixə düşüb.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin