Tələt Paşa komitəsinin üzvləri Yunanıstandan deportasiya ediliblər - FOTO

Tələt Paşa komitəsinin üzvləri Yunanıstandan deportasiya ediliblər - FOTO
20:12 9 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 20:09 ]

İstanbul. Mayis Əlizadə - APA. Yunanıstan parlamentinin “Erməni soyqırımı” olmamışdır” deyənlərə cəza verən qanuna etiraz etmək məqsədi ilə yanvarın 9-da Afinaya yollanan ancaq ölkəyə girmələrinə icazə verilməyərək, deportasiya edilən Tələt Paşa komitəsi idarəçiləri İstanbula qayıdıblar.

APA-nın Türkiyə müxbiri xəbər verir ki, İstanbuldakı Atatürk aeroportunun çıxış salonunun qarşısında “Mustafa Kamalın əsgərləriyik!”, “Soyqırım yapmadıq, vətənimizi müdafiə etdik!”, “Soyqırım yalanı, amerikan planı!” şüarlarının sədaları altında Tələt Paşa komitəsinin təxminən 100 tərəfdarının qarşıladığı heyət üzvləri adına mediaya açıqlama verən istefadakı general-leytenant Naci Beştəpə heç bir ciddi səbəb olmadan Afinaya buraxılmadıqlarını deyib: “Afinaya getməzdən əvvəl oradakı Türkiyə səfirliyinin əməkdaşları bizə Yunanıstan parlamentinin yerləşdiyi meydanda yox, hoteldə açıqlama verməyimizi təklif etdilər, ancaq biz bunu qəbul etməyərək, meydanda açıqlama verəcəyimizi bildirdik. Yunanıstan 9 sentyabrda qəbul etdiyi qərarın Konstitusiyaya  və insan haqlarına zidd olduğunu bildiyinə görə, ictimaiyyətin o qərar barədə obyektiv məlumat almasından çəkinir. Aldığımız son məlumata görə, mindiyimiz təyyarə saat 9.30-da İstanbuldan havaya qalxandan sonra şirkətə zəng edilərək geri qayıdışda təyyarədə neçə boş yer olduğu, bizim 13 nəfərlik heyətimizin eyni təyyarədə geri qayıda bilib-bilməyəcəyimiz soruşulub. Bu onu göstərir ki, bizim Afinaya buraxılmamağımız əvvəldən məlum olub. Bu işi yaxından təqib edəcəyik. Avropa Birliyinin üzvü olan bir ölkə öz paytaxtının bir meydanında açıqlama oxutdurmağı qadağan edir. Afina aeroportunda bizə dedilər ki, açıqlamanı oxumaq istədiyimiz “Syntigma” meydanında  hal-hazırda təxminən 20 erməni var, bizim təhlükəsizliyimizi təmin edə bilməzlər”.

 

N. Beştəpə Yunanıstan parlamentinin 9 sentyabr 2014-cü ildə qəbul etdiyi qərara qarşı etiraz məktubunu da oxuyub. Məktubda Yunanıstan parlamentinə  müraciət edilərək 9 sentyabrda qəbul edilən və ölkədə “Erməni soyqırımı olmamışdır” - deyənlərin cəzalandırılmasını nəzərdə tutan qərarın ləğvi tələb edilib. Yunan xalqına da müraciət edən Tələt Paşa komitəsi qərarın ləğv edilməsi üçün ictimaiyyəti hökumətə və parlamentə təzyiq göstərməyə çağırıb.

 

Türkiyə Böyük Millət Məclisinin keçmiş vitse-spikeri, “soyqırımı” böhtanlarına qarşı tədqiqatların müəllifi Uluç Gürkan deyib ki, Afina aeroportundan Türkiyənin oradakı səfirliyinə və konsulluğuna zəng etsə də, onlarla heç kim maraqlanmayıb. “Ankaraya qayıdan kimi XİN-ə şikayət edib Afinada bu işə barmaqarası yanaşmış diplomatların cəzalandırılmasını tələb edəcəyəm. Bundan başqa, heç bir ciddi səbəb göstərmədən səyahət azadlığımızı məhdudlaşdırdığına görə, Yunanıstan barədə AİHM-ə şikayət ərizəsi göndərəcəyəm”, - deyə Uluç Gürkan vurğulayıb.

 

Qeyd edək ki, qondarma “erməni soyqırımı” iddialarına qarşı mübarizə aparan Tələt Paşa komitəsi 22 yanvar 2006-cı ildə yaradılıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368590

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR