Qarabağda 2018-ci il ƏMƏLİYYATI, kəşfiyyat şefindən ETİRAF… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
129 baxış·6 dəq oxu
Ermənistan ordusu Qarabağda hərbi təlimlərə
başlayıb. ABŞ-ın Rza Zərrabla bağlı hazırladığı “Yol xəritəsi”nin
yeni detalları məlum olub. ABŞ-ın dəstəklədiyi PYD ilə İŞİD
arasındakı razılaşmanın detalları ortaya çıxıb.Husilər
Yəmənin devrilmiş liderini öldürüblər.ABŞ və Cənubi
Koreyanın Koreya yarımadası ətrafında birgə hərbi təlimə başlaması
regionda müharibəyə gətirib çıxara bilər. Trampın məsləhətçisi
Rusiya ilə sərt danışıqların aparılmasını təklif
edib.
Ermənistan ordusu Qarabağda hərbi təlimlərə
başlayıb. Ermənistan mediasının yazdığına görə,
Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən təlimlərin
məqsədi müdafiə və əks-hücum məqsədi daşıyır.
Qarabağa gələn Ermənistan prezidenti Serj Sarkisyan da təlimləri
izləyib. “Lragir” saytı yazır ki, “Ermənistan ordusu əks-hücum
planları hazırlayır.
İrəvanın YENİ MÜHARİBƏ TAKTİKASI - Düşmən Qarabağda HƏRƏKƏTƏ KEÇDİ
Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 2-də
Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfəri Qarabağ
münaqişəsi ətrafında baş verən proseslər fonunda diqqət
çəkir. Sarkisyanın Azərbaycan torpaqlarına səfərinə
iki rakursdan baxmaq olar.
Sarkisyan Azərbaycana nə üçün GƏLMİŞDİ? - 3 GİZLİ SƏBƏB ÜZƏ ÇIXDI
ABŞ xaricdən bizim üçün yazılan ssenarilərə tabe
olmadığımız üçün Türkiyəni cəzalandırmaq və etibardan salmaq
istəyir. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.
“Onlar bizi cəzalandırmağa, mühakimə etməyə və gözdən salmağa
çalışırlar. Çünki biz onların ölkəmizdəki nümayəndələri tərəfindən
icra olunan ssenarilərinə əməl etmirik. Onlar bunu FETÖ ilə
edirlər. Ancaq bilməlidirlər ki, bizi aldada bilməyəcəklər”, -
Ərdoğan bildirib.
Türkiyə Prezidenti həmçinin Vaşinqtonu PKK-ya dəstək verməkdə
günahlandırıb.
ABŞ-da keçirilən məhkəmə prosesinə şahid kimi
qatılan Azərbaycan əsilli türkiyəli iş adamı Rza Zərrabı oyuncağa
çevirməyə qərar verən ABŞ-ın bu qərarı verdikdən sonra icra etdiyi
“yol xəritəsi”nə dair hər gün yeni detallar ortaya
çıxır.
“Milliyyət” nəşri yazır ki, Zərrabın həyat yoldaşı və uşağı ilə
ABŞ-a getməsi (Zərrab 2016-cı il martında Florida ştatının Mayami
şəhərinə həbs olunub –red.) də ABŞ tərəfindən Türkiyəyə qarşı
qurulan oyunun bir hissəsi idi.
İrana qarşı maliyyə sanksiyalarını pozmaqda ittiham edilərək
həbs olunan Zərrab hazırda Türkiyənin “Xalqbank” bankının sədr
köməkçisi Mehmet Hakan Atillanın tək təqsirləndirilən şəxs kimi
keçirlidiyi məhkəmə prosesinə şahid qismində qatılıb.
Zərrabın ABŞ-a gedişinin “YOL XƏRİTƏSİ”: Ailəsi necə qaçırıldı? – ŞOK DETALLAR
CHP üzvləri xarici ölkənin lehinə casusluq edən Rza
Zərraba məlumatları kimin verdiyinin açıqlanmasını tələb
edirlər. Bu barədə CHP vəkili Özgür Özel deyib.
Onun sözlərinə görə, mənbə açıqlanmasa CHP lideri hər şeyi
ortaya çıxaracaq.
“CHP liderinin AKP-yə verdiyi müddət başa çatır. Əgər sabah
mənbə açıqlanmasa böyük bomba partlayacaq”, - deyə o bildirib.
ABŞ Mərkəzi Kəşfiyyat Təşkilatının (MKİ) rəhbəri
Maykl Pompeo Səudiyyə Ərəbistanı və İsrailin Yaxın Şərqdə birgə
çalışdığını etiraf edib. MKİ başçısı bu haqda
Kaliforniyada keçirilən Reyqan Milli Müdafiə Forumunda
bildirib.
Pompeo Səudiyyə Ərəbistanı, İsrail və bəzi Körfəz ölkələrinin
terrorla mübarizə mövzusunda birgə çalışdığını deyib. Onun
sözlərinə görə, bu əməkdaşlıq Yaxın Şərqi daha təhlükəsiz
edəcək.
Saytın yazdığına görə, MKİ-nin başçısının bu bəyanatı ötən həftə
ortaya atılan və ABŞ-ın Yaxın Şərqi yenidən dizayn edəcəyi deyilən
tezisi daha da möhkəmləndirir. Bu tezisə görə, ABŞ Səudiyyə
Ərəbistanı üzərindən Yaxin Şərqdə yeni bir müharibəyə başlayacaq,
amma bunu açıq şəkildə deyil, pərdəarxasından edəcək.
İsrail mətbuatının yazdığına görə, mümkün ittifaqda Təl-Əvivin
payı Livanın hərbi və siyasi olaraq ən güclü qrupu olan “Hizbullah”
təşkilatına qarşı keçirilən əməliyyatdan ibarət ola bilər.
Yeni ittifaq Yaxın Şərqi MƏHV EDƏCƏK – Savaş bu ÖLKƏYƏ KEÇİR
1300-ə yaxın İŞİD terrorçusunun Rakkadan çıxarılması
prosesində qaranlıq qalan məqamların üstü açılır.
Razılaşma ABŞ-ın İŞİD əleyhinə koalisiya üzrə xüsusi nümayəndəsi
Brett Makgurkün birbaşa nəzarəti altında əldə edilib.
ABŞ-ın İŞİD-lə neft razılaşmasının şok detalları ORTAYA ÇIXDI
YPG terror təşkilatının rəhbər heyəti Suriyadakı
Rusiya komandanları ilə görüşüb. Bu barədə
informasiyanı “Yeni Şəfəq” qəzeti yayıb. Qəzet görüşün Deyr əz-Zor
şəhərində baş tutduğunu bildirib. Görüşdə terror təşkilatının
nümayəndə heyətinə YPG-nin sözçüsü Nuri Mahmud rəhbərlik edib.
İŞİD-ə qarşı ortaq mübarizə aparılması barədə danışıqların
aparıldığı iddia edilən toplantıda tərəflər arasında hansı
razılıqların əldə olunması haqqında mətbuata açıqlama
verilməyib.
Görüşdə iştirak edənlər arasında rusiyalı general da olub.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı hesab
edilir.
Husilər tərəf dəyişdirərək Səudiyyə Ərəbistanı ilə
anlaşmağa çalışan devrilmiş lider Əli Abdullah Salehin paytaxt Səna
şəhərində yerləşən evini partladıb. Bu barədə
“Röyter” informasiya yayıb. İranın “Tasnim” agentliyi isə
eks-prezidentin Marib şəhərinə qaçmağa çalışarkən husilər
tərəfindən öldürüldüyünü bildirib.
“Skay Nyus Arabia” televiziyası Salehin partiyasındakı mənbəsinə
istinadən eks-prezidentin öldürülməsi faktını təkzib edib.
Televiziya bu şayiənin məhz husilər tərəfindən Sənadakı nəzarəti
əllərinə keçirmək üçün yayıldığını bildirib.
Bu məlumatdan az sonra isə İran dövlət televiziyası Əli Abdullah
Salehin meyitinin görüntülərini yayıb.
Rusiyayla sərt danışıqlar
aparılmalıdır. Bunu ABŞ prezidentinin milli
təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmaster
söyləyib.
Onun sözlərinə görə, ABŞ Rusiyaya Əsəd rejiminə dəstək verdiyi
üçün sərt cavab verməlidir:
“Rusiyanın Suriya böhranının bir hissəsi olan vəhşi rejimə
dəstək məsələsini Kremlin Avropadakı fəaliyyətləri ilə eyni
səviyyəyə qaldırmaq lazımdır. Məhz Rusiyanın Əsədi dəstəkləməsi, bu
böhranın həllini uzatdı, onun İran və Avropaya təsirinə səbəb oldu.
Buna görə də Rusiya ilə sərt danışıqlar zamanı çatıb”.
ABŞ-ın Rusiyadakı səfirliyi dekabrın 11-dən Rusiya
regionlarında viza verilişini təkrar başladacaq. Bu
barədə informasiyanı ABŞ-ın Rusiyadakı səfirliyi yayıb. Vizaların
verilişinə ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı
konsulluqlarından başlanılacaq. Vizaların verilişi məhdud həcmdə
olacaq.
Qeyd edək ki, ABŞ avqustun 23-dən Rusiya vətəndaşlarına
qeyri-mühacir vizasının (müvəqqəti) verilişini dayandırmışdı.
Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici
agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin
aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi
haqqında fərman imzalayıb. Federasiya Şurasındakı
mənbənin “Sputnik” agentliyinə verdiyi məlumata görə, “xarici
agent” statusunu ABŞ-ın 9 KİV-a alacaq.
Putin Amerikanın 9 agentinin siyahısını verdi
Bu gün Vaşinqton və Seul 2017-ci ildə 20-yə qədər
raket sınağı keçirən Şimali Koreyaya gözdağı vermək üçün
genişmiqyaslı hərbi təlimə başlayıb. 200-dən çox
təyyarə və 12 min hərbçinin iştirak etdiyi təlimə həmçinin nüvə
başlıqları daşıya bilən B-1B strateji bombarmançıları və 6 ədəd
gözəgörünməz “F-22” qırıcıları da cəlb olunub. “Vigilant ACE” adı
altında keçirilən təlim 5 gün davam edəcək.
Cənubi Koreya Müdafiə Nazirliyinin bəyanatına görə, təlimin
keçirilməsində əsas məqsəd rəsmi Vaşinqton və Seulun hərbi
qüvvələrinin Şimali Koreya təxribatlarına qarşı gücünü nümayiş
etdirməkdir.
ABŞ və Cənubi Koreyanın Koreya yarımadası ətrafında
birgə hərbi təlimə başlaması regionda müharibəyə gətirib çıxara
bilər.
Yaxın 5 gün ərzində BAŞLAYA BİLƏR - III Dünya müharibəsi XƏBƏRDARLIĞI
“Vaşinqton Kiyevə dəstəyini saxlayır, amma bu, əbədi
deyil”. Bunu ABŞ-ın Avropadakı quru qoşunlarının
komandanı, general-leytenant Ben Hodces “Ukraynskaya Pravda”
nəşrinə müsahibəsində deyib.
Generalın sözlərinə görə, Qərb partnyorları Ukraynanın
islahatlar yolu üzrə hərəkətinə davam etmədiyini görərsə, Kiyev
dəstəyi itirəcək.
“Əgər müdafiə sənayesində vəsaitlərin xərclənməsində şəffaflıq
olmayacaqsa və hərbi büdcəyə nəzarət artmayacaqsa, onda Qərb
dövlətlərinin Ukraynaya marağın itməsi və Ukraynadan yorulması
riski ortaya çıxa bilər”, - Hodces dəqiqləşdirib.