Hindistan sakini sərnişin təyyarəsində ölüb.

Metbuat.az xəbər verir ki, Mumbaydan Amritsara uçan təyyarədə olan sərnişinlərdən birinin nəfəs borusuna diş protezi qaçıb.

Nəfəs almaqda çətinlik çəkən sərnişinə həkimlər ilkin tibbi yardım göstərib. Ancaq onun vəziyyəti daha da pisləşib. Buna görə də, təyyarə Yeni Dehlidə yerləşən İndira Qandi Beynəlxalq aeroportunda eniş edib. 70 yaşlı sərnişin dərhal xəstəxanaya aparılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

Aysel Yaqubqızı / Metbuat.az

İran-İraq sərhədində yenidən zəlzələ - SON DƏQİQƏ