Cənubi Koreya rejissoru Kim Ki Duk Seul prokurorluğunun qərarı ilə 4,5 min dollar cərimələnib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, rejissor aktrisanı sərt seks səhnəsinin çəkilişlərinə məcbur etməkdə ittiham olunur.
Hadisə 2013-cü ildə “Mebius” filminin çəkilişi zamanı baş verib. Adı açıqlanmayan aktrisa iddia edir ki, rejissor çəkilişlər zamanı onu şillə ilə vuraraq ssenaridə nəzərdə tutulmayan seks səhnəsində iştirak etməyə məcbur edib.
Onun sözlərinə görə, bundan sonra filmin çəkilişlərində iştirakını dayandırıb.
