Tuba Büyüküstün 14-cü Dubay Film Festivalında ərəblərin qəlbini bir daha fəth edib.
Publika.az xəbər verir ki, son vaxtlarda boşanması və özündən gənc sevgilisi ilə tez-tez gündəmə gələn türkiyəli ulduz 14-cü Dubay Film Festivalında iştirak edib. O, festivalın əsas ulduzlarından biri olub. Ərəb ölkələrində çoxlu pərəstişkarları olan Tuba Büyüküstün qırmızı xalçada poza verib.
Hollivudun tanınmış sənətçilərinin də iştirak etdiyi tədbirə 35 yaşlı Tuba Büyüküstün xüsusi hazırlıq görüb. O, festivalın birinci günzü üçün qara məxmər parçadan uzun və dərin sinə dekolteli libas seçib. O, obrazını sapfir və brilliant qaşlı bahalı çokerlə tamamlayıb.
İkinci gün də uzun ziyafət libasına üstünlük verən ulduz bu dəfə parıltılı boz rəng üzərində dayanıb. Sadəliyi sevən məşhur makiyajdan da minimum istifadə edib.
Aktrisanın libaslarının hər ikisini "Tuvanam" moda evindən, zinət əşyaları isə “Kafkas jewellery” mağazasından olub.
Aytən