Dünyada elə bir adam yoxdur ki, film izləməsin. Bəziləri real olsa da, bəziləri ciddi şəkildə uydurma səhnələriylə dolu olan bu ekran əsərlərində hər şey bizim xoşumuza gəlmək üçün hesablanıb.

Milli.Az kenquru.az-a istinadən bildirir ki, bu filmləri izlədiyimizdə "real həyatda bunlar necə baş verə bilər?" deyə ağlımızdan həmişə bir sual keçir. Amma bu filmlərdə gördüyümüz 12 şablon səhnəni sizə izah etdikdən sonra real həyatı düşünməyinizə ehtiyac qalmayacaq.

1. İtkin Şəxsi Axtarışa Vermək

1. İtkin Şəxsi Axtarışa Vermək

Filmlərdə bir nəfər itdiyi zaman təbii ki, o dəqiqə polisə zəng edirlər və telefondakı polis isə "24 saat tamam olmadan itkin hesab etmirik." deyə bir cümlə qurur. Bunu reallığa çevirsək, tamamilə uydurmadır. Çünki real həyatda istənilən vaxt itkin şəxsi axtarışa verə bilərsiniz.

2. Xloroform İle Bayıltmaq

2. Xloroform İle Bayıltmaq

Bəli, demək olar ki, hər action filmində olan bir səhnədir. Adam qaçıracağı şəxsin arxasınca gizlicə gəlir və xloroformla o saniyə bayıldır. Xeyr, heç də elə deyil. Xloroformu ağzınıza tutduqdan ən azı 5 dəqiqə sonra özünüzü itirə bilərsiniz.

3. İki Silahdan İsitifadə

3. İki Silahdan İsitifadə

Filmdə obraz iki silahı əlinə alır və adamların 50 metr uzaqlığından iki silahla eyni anda atəş açaraq bütün hamısını öldürür. Əslində bu da tamamilə uydurmadır. İki silahla 50 metrdən uzaqda yerləşən hədəfləri tən ortasından vurmaq filmdə göründüyü qədər asan məsələ deyil.

4. Boğularkən Bağırmaq

4. Boğularkən Bağırmaq

Filmdə obraz suda batarkən qışqırmağa başlayır. Əlləri və başı suyun içinə girir və çıxır, sonra da var gücüylə qışqırır. Əlbəttə ki, əslində, insan batarkən bu cür edə bilməz. Çünki boğulan birinin ağzına dolan su hava axınının bu formada ətrafa yayılmağını əngəlləyir.

5. Yan-Yana Olan Asteroidlər Arasından Keçmək

5. Yan-Yana Olan Asteroidlər Arasından Keçmək

Əgər kosmosla bağlı bir film izləyirsinizsə, bu səhnədən hər birində görməmiş olmazsınız. Kosmik gəmi kosmosda hərəkət edərkən birdən qarşısına çoxlu asteroidlər çıxır, amma o da hamısının yanından sağlam şəkildə keçib getməyi bacarır. Əslində belə bir şey mümkün deyil, çünki asteroidlər arasında on kilometrlərlə məsafə olur.

6. Bombanın İynəsini Dişlə Çəkmək

6. Bombanın İynəsini Dişlə Çəkmək

Filmlərdə əl bombalarının iynələrini dişlə çəkən cool obrazlar var hamımızın gördüyü. Bu səhnə də bildiyimiz kimi şablondur. Və real həyatda həmin iynəni dişinizlə çəksəniz, dişlərinizlə sağollaşmalı olacaqsınız.

7. Susdurucu Silahla Vurmaq

7. Susdurucu Silahla Vurmaq

Bəli, filmlərdə bir küçə o tərəfdə susdurucu bir silahla cinayət işlənir və heç kimin bundan xəbəri olmur. Reallıqda isə susdurucunun əsas fəaliyyəti səs dalğalarını daha balanslı şəkildə yaymaqdır. Yəni hər nə olur, olsun səsi eşidə bilərsiniz.

8. Telefon Danışığından Ərazini Müəyyənləşdirmək

8. Telefon Danışığından Ərazini Müəyyənləşdirmək

Günahkar biri telefonla danışdıqdan dəqiqələr sonra zəng elədiyi yerə polislər doluşur. Çünki telefondan anında yeri müəyyən ediblər. Bu da uydurmadır. Çünki ən yaxşı texnologiyalarla belə telefonla ərazini dəqiq müəyyənləşdirmək üçün ən azı 1 saat vaxt lazımdır.

9. Elektroşokla Ürək Döyündürmək

9. Elektroşokla Ürək Döyündürmək

Klinikada bir insanın ürəyi dayandıqda o dəqiqə elektroşok işlətməyə başlayırlar. Əslində isə elə deyil, çünki əslində elektroşok qəlb ritmləri nizamsız olanlara tətbiq olunur.

10. Səmada Olarkən Danışmaq

10. Səmada Olarkən Danışmaq

Havada olarkən 2 nəfər rahat-rahat danışır. Bu real olmayan vəziyyətdir. Çünki küləyin səsi məsələsi var. Bizi eşitməyə qoymur.

11 Güllə İlə Kilidi Qırmaq

11 Güllə İlə Kilidi Qırmaq

Filmdə obraz o dəqiqə kilidi tapançayla qırır. Bu da uydurmadır, çünki kilidlər metaldır və güllə ilə qırılması çox nadir hallarda baş verir.

12. Cəsədin Yarılması

12. Cəsədin Yarılması

Ölən adamın həmin dəqiqə yarılaraq necə öldüyü, yaxud öldürüldüyü 1 gün içində bəlli olur. Amma belə bir şey yoxdu, çünki bu tip şeyləri bilmək üçün analizlər həftələr və aylar çəkə bilər.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin