Cənubi Kipr I divizionunda XV tura start verilib.
Metbuat.az xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayevin komandası "Anortosis” doğma divarlar arasında "Alki Orokli”ni qəbul edib. Görüş Araz və komandası üçün uğurlu bitib. Belə ki, matça start heyətində başlayan və sona kimi meydanda olan milli üzvü 90+1-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb.
Abdullayev cərimə meydançasından kənardan gözəl zərbə ilə fərqlənib.
Görüş "Anortosis”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmin qolu təqdim edirik:
Sərdar Məmmədov / Metbuat.az
"Real Madrid"dən möhtəşəm qələbə - VİDEO - Oxumaq üçün tıkla