Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb

Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb
07:17 11 Dekabr 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda küçədə pilləkənlərdən yıxılan kişi ölüb.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Belə ki, Badamdar şossesi ilə Parlament prospektinin kəsişməsində olan piyada keçidinin pilləkənlərində təxminən 50-55 yaşlı kişi yıxılaraq kəllə-beyin travması alıb. Yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq o, dünyasını dəyişib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır. Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-kucede-pillekenlerden-yixilan-kisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR