İkinci sırada 3,1%-lə Bruney qərarlaşıb. Bu ölkə dünyada maye qaz hasilatına görə 4-cü yeri tutur. Üçüncü sırada 9,5%-lə Estoniya gəlir - bura korrupsiya dünya üzrə ən aşağı səviyyədədir.
S.Ərəbistanında həmin göstərici 12,4%, Botsvanada 13,9%, Rusiyada 17%, Küveytdə 18,6%, Nigeriyada 18,6%, BƏƏ-də 19,3%, Əlcəzairdə 20,4% və Qazaxıstanda 21,1% olub.
Qeyd edək ki, Azərbaycanda borcun ÜDM-ə nisbəti "Global Competetiveness Survey" 2016-2017-ə görə 36,1% təşkil edib.