Dünyanın ən az borcu olan ölkələri müəyyənləşib

Dünyanın ən az borcu olan ölkələri müəyyənləşib
17:07 11 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 dekabr. REPORT.AZ/ Dünyanın bir çox ölkəsi borc səviyyəsindəki artım və büdcə kəsiri ilə mübarizə apardığı halda, digər ölkələr borc öhdəliyini yerinə yetirərək borc səviyyəsini aşağı çəkməyə çalışır.
"Report" Ümumdünya İqtisadi Forumunun hazırladığı "Global Competetiveness Survey" (2017-2018) hesabatına istinadən xəbər verir ki, dünyada borcun ümumdaxili məhsula nisbətinə görə ən aşağı göstəriciyə malik ölkəsi Honq-Konqdur. Bu ölkədə borc/ÜDM nisbəti 0,1% təşkil edir. Buna səbəb ölkədə aşağı vergi rüsumları və dövlətin biznesə müdaxilə etməməsi amilləri göstərilib.
İkinci sırada 3,1%-lə Bruney qərarlaşıb. Bu ölkə dünyada maye qaz hasilatına görə 4-cü yeri tutur. Üçüncü sırada 9,5%-lə Estoniya gəlir - bura korrupsiya dünya üzrə ən aşağı səviyyədədir.
Səudiyyə Ərəbistanında həmin göstərici 12,4%, Botsvanada 13,9%, Rusiyada 17%, Küveytdə 18,6%, Nigeriyada 18,6%, BƏƏ-də 19,3%, Əlcəzairdə 20,4% və Qazaxıstanda 21,1% olub.
Qeyd edək ki, Azərbaycanda borcun ÜDM-ə nisbəti "Global Competetiveness Survey" 2016-2017-ə görə 36,1% təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dunyanin-en-az-borcu-olan-olkeleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR