İspaniyanın www.soymotor.com portalında Formula-1 yarışlarında "Ferrari" komandasının almaniyalı pilotu Sebastian Fettelin fikirlərinin yer aldığı məqalə dərc edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Fettel özünü tənqid edir: "Bakıdakı insidentdən sonra özümü çox pis hiss edirdim" sərlövhəli yazıda almaniyalı pilotun Azərbaycan Qran-Prisi zamanı "Mersedes" komandasının britaniyalı pilotu Luis Hamilton ilə yaşadığı problemdən dərin peşmanlıq hissi keçirdiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Bakıdakı yarış zamanı Fettel öz bolidini məqsədli şəkildə Hamiltonun bolidinə vurub və bu hadisə ötən mövsümün ən böyük qalmaqallarından birinə çevrilib.

Sebastian Fettel Azərbaycan Qran-Prisindən sonra Hamiltona telefonla zəng edib üzr istədiyini, səhvini etiraf etdiyini deyib.

Milli.Az