Tramp:“Ailə miqrasiyasını dayandırmaq lazımdır”

Tramp:“Ailə miqrasiyasını dayandırmaq lazımdır”
04:34 12 Dekabr 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 11-də Nyu-Yorkda törədilən terror aktı bir daha nümayiş etdirdi ki, ABŞ Konqresi amerikalıları qorumaq üçün müvafiq islahatlar həyata keçirməlidir, o cümlədən miqrasiya sahəsində.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“Son iki ay ərzində Nyu-Yorkda iki terror hücumu baş verib. Bu gün cinayəti törədən şəxs ABŞ-a milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqram vasitəsi ilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır. Bu zərərli sistemin ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatına vurduğu zərər çoxdan bəllidir”, bəyanatda deyilir.

 

Qeyd edək ki, dekabrın 11-də Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, nəticədə 4 nəfər yaralanıb. 27 yaşlı  Akayed Ullah 2011-ci ildən qanuni əsaslarla ABŞ-da yaşayır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289916

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR