Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib

Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazır olduğunu bildirib
05:02 13 Dekabr 2017
131 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 13 dekabr. REPORT.AZ/ Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidentliyinə namizədliyini irəli sürməyəcəyini, lakin hökumətə rəhbərlik etməyə hazır olduğunu bildirib.
“Report” xəbər verir ki, bunu o, ZIK telekanalının efirində deyib.
"Mən normal Ukrayna hökumətində birmənalı olaraq məsuliyyəti üzərimə götürməyə hazıram. Mən heç vaxt və əsla Ukrayna prezidentliyinə namizədliyimi irəli sürməyəcəyəm, mənə elə gəlir ki, bu postda ukraynalılar olmalıdırlar", - deyə o əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/saakasvili-ukrayna-hokumetine-rehberlik-etmeye-hazir-oldugunu-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR