İntiharçı-terrorçu Somali paytaxtı Moqadişoda Polis Akademiyasına hücum edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hücum nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, intiharçı-terrorçu təhsil müəssisəsinə daxil olaraq partlayıçı qurğunu işə salıb.

Ölkə ərazisində mövcud olan terror qruplaşmalarından hələ heç biri insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

Hadisə ilə bağlı araşdırmalar başlayıb.

Milli.Az