Yunanıstanın paytaxtı Afinada Əfqanıstanın səfirliyi təsis ediləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Yunanıstanın XİN başçısı Nikos Kotzias deyib.

"Əfqanıstanın xarici işlər naziri gəlir, çünki Əfqanıstan Yunanıstanda səfirlik təsis edir. Bu təsis ediləcək 3 səfirlikdən biridir", deyə Kotzias bildirib.

Təsis ediləcək digər 2 səfirliyin hansı ölkəyə aid olduğunu nazir qeyd açıqlamayıb.

Milli.Az