"Petkim" İzmirdə neft-kimya sənaye zonasının yaradılmasında iştirak edə bilər

"Petkim" İzmirdə neft-kimya sənaye zonasının yaradılmasında iştirak edə bilər
17:52 16 Dekabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ “Səhmdarların tələbi olarsa, "Petkim Holding” İzmirdə neft-kimya sənaye zonasının yaradılması təşəbbüsündə iştirak edə bilər". Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlünün İzmirdə neft-kimya sənaye zonasının yaradılması fikrinə müsbət baxdıqlarını deyən Holdinqin baş direktoru Anar Məmmədov səhmdarların tələbi olarsa, belə bir təşəbbüsə dəstəyin mümkün olduğunu vurğulayıb.
“Report” bu barədə "Yenibakis.com.tr"-yə istinadən xəbər verir.
Türkiyənin neft-kimya sektorunda dünyanın ən böyük ikinci idxalçısı olduğunu deyən A.Məmmədov Türkiyədə təkcə istehsalçı olaraq daxili tələbatın 18%-ni qarşıladıqlarını bildirib: "Sektordakı ehtiyaclar nəzərə alındıqda, təbii olaraq, yerli və xarici şirkətlərin bu sahədəki sərmayəyə müsbət baxacağını demək olar. Türkiyənin neft-kimya ehtiyacının təxminənən 80%-i isə idxal hesabına təmin olunur. Başqa sözlə, bu sahə üçün burada mühüm bazar mövcuddur".
Qeyd edək ki, bir müddət əvvəl nazir F.Özlü Türkiyədə 5 bölgədə nəhəng sənaye zonalarının yaradılacağını açıqlayıb. O, bu 5 zonadan birinin Aliağa-Menemen bölgəsində Neft-Kimya Sənaye Zonasının qurulucacağını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/petkim-i-zmirde-neft-kimya-senaye-zonasinin-yaradilmasinda-istirak-ede-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR