Cənubi Koreyanın musiqi qrupunun lideri 27 yaşında intihar edib

Cənubi Koreyanın musiqi qrupunun lideri 27 yaşında intihar edib
17:32 18 Dekabr 2017
116 Şou
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Seulda Cənubi Koreyanın "SHINee" musiqi qrupunun 27 yaşlı vokalçısı Kim Yon Hyon intihar edib.
"Report"un Cənubi Koreyanın "Yonhap" informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, ölümə toksik qazlarla zəhərlənmə səbəb ola bilər.
Musiqiçini Seulun cənub-şərqindəki kirayə qaldığı mənzildə huşsuz vəziyyətdə aşkar ediblər. Bundan saat yarım əvvəl Kimin bacısı xilasetmə xidmətinə zəng edərək qardaşının intihar etmək niyyətində olduğunu söyləyib. Xəstəxanadan Hyonun öldüyü təsdiqlənib.
Qeyd edək ki, "SHINee" K-pop janrında məşhur qrupdur.

Xəbərin orijinal ünvanı: https://report.az/sou-biznes/cenubi-koreyanin-musiqi-qrupunun-lideri-27-yasinda-intihar-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR