Fransada baş vermiş terror aktları ilə əlaqədar 16 nəfər saxlanılıb

Fransada baş vermiş terror aktları ilə əlaqədar 16 nəfər saxlanılıb
03:27 10 Yanvar 2015
167 Dünya
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 03:23 ]

Bakı – APA. Fransada baş vermiş terror aktları ilə əlaqədar 16 nəfər saxlanılıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Parisin prokuroru Fransua Mollen bildirib.

 

Onun sözlərinə görə, söhbət Səid və Şərif Kuaşi qardaşları və Ahmedi Kulibali ilə əlaqəli şəxslərdən gedir. F. Mollen həmçinin bildirib ki, 2011-ci ildə Şərif Kuaşı Yəməndə yaşayıb və buradakı “Əl Qaidə” beynəlxalq terror şəbəkəsinin fəalları ilə təmasda olub. Parisdə mağazada 20-yə yaxın insanı girov götürərək “Charlie Hebdo” jurnalına silahlı hücumda şübhəli bilinən Səid və Şərif Kuaşi qardaşlarının buraxılması tələbini irəli sürən A.Kulibali isə “İŞİD” qruplaşmasının üzvü olduğunu etiraf edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368607

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR