“Modern muzik” qrupu həbsdə olan müğənni Fədayə Laçının mahnısını fərqli tərzdə ifa edib.
Publika.az xəbər verir ki, qrup üç nəfərdən ibarətdir. Kamança ifaçısı Şəhriyar Musayev, klassik gitar ifaçısı Vüqar İsmayılov və kajon adlanan zərb alətinin ifaçısı Elnur Əliyevdir. Onlar Tunarın bəstəsi olub Fədayə Laçının ifasında sevilən "Ayrılarıq" mahnısına yeni nəfəs veriblər.