Yunanıstanın paytaxtı Afinada yerləşən Apelyasiya Məhkəməsi önündə bombalı hücum gerçəkləşdirilib.
Publika.az xəbər verir ki, bomba qara bir çantanın içində olub və məhkəmə binasının girişinə yerləşdirilib.
Hadisə yerli vaxtla saat 03.30-da baş verib. Hadisə nəticəsində məhkəmə binasına və ətrafdakı tikililərə zərər dəyib.
Yunan mediası partlayışdan öncə naməlum bir şəxsin “Efimerida Sintakton” qəzetinə zəng edərək 35 dəqiqə sonra bomba partlayacağı xəbərini verdiyini yazıb.
Hadisə şahidləri çantanı iki kişinin məhkəmə qarşısına qoyduğunu və hadisə yerindən motosikletlə uzaqlaşdığını bildiriblər.
Hücumun məsuliyyətini hələ ki, heç kim öz üzərinə götürməyib.
Zümrüd