"Keşlə" klubu "Neftçi"dən ayrılan futbolçu ilə müqavilə bağlayıb
Paylaş
88 baxış·1 dəq oxu
Bakı. 22 dekabr. REPORT.AZ/ “Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini reallaşdırıb. Bu barədə “Report”a paytaxt təmsilçisinin məşqçisi Zaur İsmaylov məlumat verib. O, bildirib ki, “Neftçi”dən ayrılan sağ cinah müdafiəçisi Məqsəd İsayevlə mövsümün sonuna qədər müqavilə bağlanılıb. Qeyd edək ki, İsayev cari mövsümdə “Neftçi”nin heyətində Azərbaycan Premyer Liqasının cəmi 4 oyununda meydana çıxıb.