"ABŞ-ın yeni milli təhlükəsizlik strategiyası aqressiv xarakter daşıyır".

Metbuat.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyində keçirilən geniş kollegiya iclasında bildirib: "ABŞ bir müddət öncə öz müdafiə strategiyasını açıqladı. Diplomatik dildə desək, bu strategiya sözsüz ki, hücum xarakteri daşıyır. Əgər hərbi dilə keçsən, onda sözsüz ki, aqressiv xarakter daşıyır".

Rusiya prezidenti hərbçilər qarşısında tapşırıqlar qoyub:

"Biz bunu öz praktik işimizdə nəzərə almalıyıq. Gəlin, hər şey öz adı ilə deyək. Təəssüflər olsun ki, burada söhbət Avropada hücum infrastrukturunun yaradılmasından, ABŞ-ın 1987-ci ildə imzalanan Orta və qısa mənzlli raketlərin ləğv edilməsi haqqında Sazişi pozmasından gedir".

Putin Rusiyanın ABŞ-ın aqressiv siyasətinə qarşı adekvat reaksiya vermək kimi suveren hüququnun olduğunu söyləyib. Rusiya prezidenti hərbçilərə ölkə sərhədlərində, münaqişə regionlarında qüvvələr balansının dəyişilməsini diqqətlə izləməyi tapşırıb./Apa