Bu gün Azərbaycanda baş verən ən dəhşətli təyyarə qəzalarının birindən 12 il ötür.
Metbuat.az-ın məlumatına görə, 23 dekabr 2005-ci ildə Azərbaycan Hava Yollarına (AZAL) məxsus "An 140-100" təyyarəsi Heydər Əliyev adına hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Sonradan müəyyən olunub ki, təyyarənin sağ mühərrikində nasazlıq baş verib. Nardaran qəsəbəsi yaxınlığında Xəzər dənizinə düşən "An 140-100" təyyarəsindəki 4 heyət üzvü və 19 sərnişin hadisə nəticəsində həlak olub.