Mərhum pop kralı Maykl Ceksonun bacısı Canet Cekson 11 aylıq oğlu İssa ilə birlikdə Mayamidə istirahətdədir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 51 yaşlı müğənni Britaniyada yaşayan qətərli iş adamı, milyarder Vissəm əl Mənadan boşanandan sonra ilk istirahətinə çıxıb.

Canet Ceksonla Vissam əl Məna 2009-cu ildə tanış olmuş, 2012-ci ildə evlənmişdilər. Onlar bu ilin aprelin 8-də boşanıblar.

Müğənni indi sabiq sevgilisi, prodüser Cermeyn Düpri ildə birlikdədir.

Boşanandan sonra C.Cekson 50 kq arıqlayıb.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin