"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qar yollarda bir neçə kilometrlik tıxaclar yaradıb.
Afina - Lamiya magistral yolunda isə 15 kilometrlik tıxac yaranıb. Buradakı avtomobillər, təxminən, səkkiz saat tıxacda qalıb.
Fırtına səbəbi ilə gəmilər Rafina və Lavrio limanlarını tərk edə bilmirlər, Pireydən Kiklad adalarına bərələrin hərəkəti də dayandırılıb.


