UEFA başa çatmaqda olan 2017-ci ilə yekun vurub.

Milli.Az xəbər verir ki, qurum müxtəlif reytinq siyahıları üzrə 10 ən yaxşını açıqlayıb.

Avrokubokların son 5 mövsümü üçün hesablanan klub və assosiasiya reytinqləri, həmçinin ölkələrin cari yarışlardakı əmsalları və qadınların qitəmiqyaslı yarışlarındakı siyahıda ilk "onluq"da yer alanlar qeyd olunub. Eyni zamanda əsas yığmalar üçün analoji cədvəllər bəlli olub.

Söhbət kişi, qadın və futzal yığmalarının 10 ən yaxşısından gedir. Yeddi müxtəlif "onluq"dan yalnız birində Azərbaycan təmsil olunub. Belə ki, futzal yığmamız fərqlənənlər sırasına düşüb. UEFA əmsalı 7,544-ə bərabər olan komandamız Avropada 6-cı pillədə qərarlaşıb.

Ümumiyyətlə isə liderlərə nəzər salsaq, İspaniya, Almaniya və İngiltərə hərəyə 2, Rusiya 1 siyahıya başçılıq edir.

UEFA-nın klub reytinqi (son 5 mövsümün əmsalı)
1. Real (İspaniya) - 148,000
2. Barselona (İspaniya) - 126,000
3. Bavariya (Almaniya) - 125,000
4. Atletiko (İspaniya) - 122,000
5. Yuventus (İtaliya) - 120,000
6. PSJ (Fransa) - 109,000
7. Sevilya (İspaniya) - 108,000
8. Mançester Siti (İngiltərə) - 97,000
9-10. Borussiya (Dortmund, Almaniya) - 95,000
9-10. Benfika (Portuqaliya) - 95,000