Türkiyə prezidenti Ərdoğan Çada rəsmi səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çadın paytaxtı Ncamenaya rəsmi səfər edib.

Metbuat.az xəbər verir ki, Türkiyə prezidentini Ncamena Beynəlxalq hava limanında Çad prezidenti İdris Debi, Çad Xarici İşlər naziri Məhəmməd Zənə Şərif, Türkiyənin Ncamenayadakı səfiri Ərdal Sabri Ergen və bir çox səlahiyyətli nümayəndələr qarşılayıb.

Məlumata görə, Ərdoğan nümayəndələr heyəti və Çad prezidenti ilə başbaşa görüşəcək. Əməkdaşlığın imzalanması və iki prezidentin ortaq mətbuat toplantısından sonra Ərdoğan rəsmi yeməkdə iştirak edəcək.

Türkiyə prezidenti buradan Tunis Kartaca hava limanına gedəcək.

Aysel Yaqubqızı / Metbuat.az

“Breksit Türkiyə üçün də model ola bilər" Almaniya XİN rəhbəri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR