“Breksit Türkiyə üçün də model ola bilər"

“Avropa Birliyi (AB) ilə İngiltərə arasında həyata keçirilən Breksit razılaşması Türkiyə üçün də model ola bilər”.

Metbuat.az-ın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel deyib. Onun sözlərinə görə, Brüssel Ukrayna və Türkiyə ilə qarşılıqlı münasibətlərini Böyük Britaniyanın Avropa İttifaqından çıxması nəticələrinə görə formalaşacaq yeni model üzrə qurmağa başlaya bilər.

Nazir bildirib ki, əgər Breksitdən sonra İngiltərə ilə qarşılıqlı əlaqələri nizamlayan məntiqli razılaşma əldə edilsə, bu, Ukrayna və Türkiyə üçün də tətbiq ediləcək model ola bilər: “Yaxın illərdə hər iki ölkə Avropa İttifaqına üzv ola bilər və bu səbəbdən biz onlarla daha sıx əməkdaşlıq üçün alternativ formalar haqqında düşünməliyik”.

Nazir qeyd edib ki, Ankara ilə gömrük birliyi çərçivəsində yeni, daha möhkəm qarşılıqlı fəaliyyət haqqında fikirləşmək olar.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR