İngiltərə xalqının sevimlisi Keyt Middltonun il ərzində ən bahalı geyimlərinə 160 min dollar xərcləyib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hersoginya geyim məsələsində qənaətcilliyi ilə məşhurdur. O, çıxışlarında tez-tez mass-market məhsullarına üstünlük verir və eyni paltarı bir neçə dəfə geyinməkdən qorxmur. Lakin İngiltərənin stil ikonası bu il öz vərdişlərini tərgizib. Məsələ ondadır ki, Keyt Middltonun hər çıxışı demək olar ki, kral büdcəsini silkələyib.
“Daily Mail” nəşrinin hesablamalarına görə, 2017-ci ildə Keyt Middltonun qarderobuna 160 min dollar xərclənib. Bu rəqəm əvvəlki illərlə müqayisədə daha yüksəkdir.
Aytən