"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 9-na təyin edilib.
Qeyd edək ki, Ə.Məmmədov bu il avqust ayında Bakının Nizami rayonunda 2 nəfəri bıçaqlayıb. Belə ki, o, 1990-cı il təvəllüdlü Tural Səfərzadə və 1975-ci il təvəllüdlü İslam Rəşidovu bıçaqlayaraq qaçıb. Daha sonra 25 yaşlı Ə.Məmmədov tutularaq istintaqa təhvil verilib.
Onun hadisəni mübahisə zəminində sərxoş vəziyyətdə törətdiyi bildirilir.