"Bu fakt Dağlıq Qarabağdakı tör-töküntülərin mahiyyətini göstərir"

"Tatulyan təkcə biznesmen deyil, həm də "oğrubaşı"dır."

Metbuat.az bildirir ki, millət vəkili Sahib Alıyev öz Facebook səhifəsində ABŞ-ın sanksiya tətbiq etdiyi erməni oliqarx Tatulyan haqqında status paylaşıb.

Millət vəkili yazıb:

" Bilindiyi kimi Birləşmiş Ştatlar təkcə Rusiyanın bir sıra şirkətlərinə və yüksək vəzifəli məmurlarına deyil, Kremlə yaxın bəzi oliqarxlara da artıq sanksiya tətbiq etmək niyyətindədir ki, onların arasında Ruben Tatulyan da var. Tatulyan təkcə biznesmen deyil, həm də "oğrubaşı"dır. Çexiyada oğru yığınağında ona bu adın verilməsini əks etdirən görüntülər də var.

Maraqlıdır ki, bu adam oğrubaşı olmasına baxmayaraq cibində Ermənistanın diplomatik pasportunu gəzdirir və Emənistanın İnvestorlar Klubunun üzvü olaraq Azərbaycanın işğal altındakı torpaqlarında da “biznes" qurub.

Bax, bu fakt həm Ermənistandakı hərbi-kiminal rejimin özünün , həm də onun Dağlıq Qarabağdakı tör-töküntülərinin mahiyyətini göstərir. Yaxşı olardı ki, Minsk qrupunun həmsədri kimi ABŞ bu faktı da nəzərdən qaçırmayaydı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR