"Report" xəbər verir ki, tədbirdə DTX rəisi, general-leytenant Mədət Quliyev, bir sıra mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Konsert proqramı sənətçinin həyat və fəaliyyəti haqqında təqdim olunan videoçarx ilə başlayıb. Mərasimdə DTX-nın əməkdaşları tərəfindən müğənninin repertuarından musiqilər səsləndirilib.
Sonda müğənni konsertin təşkilatçılarına təşəkkür edib, repertuarındakı musiqilərdən bir neçəsini ifa edib.