"Qarabağ"ın futbolçusu Donald Gerye öz ölkəsində prezidentin qəbulunda olub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə oyunçu özü instaqram hesabında şəkil paylaşıb. Cinah yarımmüdafiəçisi fotonu "Dəvət üçün çox təşəkkür edirəm, cənab prezident Xovenel Moyse. Sizə və Haitiyə hər şeyin ən yaxşısını arzulayıram" başlığı ilə yayımlayıb.
Qeyd edək ki, Gerye "Qarabağ"a bu mövsümün əvvəlində Türkiyənin "Alanyaspor" klubundan keçib.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin