Qlobal istiləşmə kakao ağacları üçün təhdid yaradır.
Metbuat.az xəbər verir ki, bu səbəbdən mütəxəssislər şokoladın 30 il sonra ortadan qalxacağını deyirlər.
Bildirilir ki, kakao ağacı, ancaq ekvatora yaxın meşələrdə bitir. Temperaturun yüksəlməyə davam etməsi isə kakao ağacının bitməsini əngəlləyir.
Qərbi Afrika ölkələri olan Fil Dişi Sahili və Qanada dünyanın yarıdan çoxunun kakao ehtiyacını qarşılayır. Ancaq bu bölgədə genişlənən quraqlıq həmin ağacların inkişafına mənfi təsir edir. Buna görə də fermerlər məcburdurlar ki, kakao plantasiyalarını daha yüksək yerlərə köçürsünlər. Lakin bu ölkələrdə belə ərazilər çox azdır.
Məlumata görə, alimlər isti və quraq havaya dözəcək yüksək keyfiyyətli kakao növü yaratmağa çalışırlar. Onlar kakaonun genetikasında dəyişiklik etməklə buna nail olacaqlarına ümid edirlər.