Zimbabvedə Zambezi çayı vadisində yaşayan Vadoma qəbiləsinə "dəvəquşu xalqı" deyilir. Buna səbəb onlarda özlərinə məxsus qəribə xəstəliyin olmasıdır.

Metbuat.az xəbər verir ki, bu genetik xəstəlik qəbilə üzvlərinin 1/4-də var. Xəstəliyə tutulanların ayaqlarında iki barmaq var.

Onlar yeriyə bilsələr də, qaçmaqda çox çətinlik çəkirlər.

Xəstəliyin ümumi su qaynağından yarandığı və zamanla genetik xüsusiyyət aldığı bildirilir.