"Atletico Madrid"in yarımmüdafiəçisi Saul Niqez "As" nəşrinə müsahibəsində "Qarabağ"la Çempionlar Liqasında keçirdikləri oyunlara toxunub.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu komandanın qrupda qalmasını ümumilikdə zəif çıxışları il əlaqələndirib.
"İnsanlar "Qarabağ"la hər iki oyunda heç-heçə etdiyimiz üçün uğursuzluğa düçar olduğumuzu düşünür. Lakin biz ümumilikdə qrup mərhələsində zəif çıxış etdik. "Roma" və "Chelsea"yə qarşı yaxşı oynasaq da, növbəti mərhələyə adlaya bilmədik. Uğursuzluğumuz yalnız "Qarabağ"a qarşı keçirdiyimiz iki görüşlə bağlı deyil. Qrup mərhələsində yaxşı təsir bağışlamadıq və bunu qəbul etməliyik".
ÇL-nın C qrupunu 7 xalla 3-cü pillədə başa vuran və mübarizəni Avropa Liqasında davam etdirməli olan "Atletico" "Qarabağ"la Bakıdakı görüşdən 0:0, Madriddəki qarşılaşmadan isə 1:1 hesablı heç-heçə ilə ayrılıb. "Roma" 11 xalla 1-ci, eyni xala malik "Chelsea" 2-ci yeri tutaraq 1/8 finala yüksəlib.
Milli.Az