Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na dəyişikliklər edilib.

Metbuat.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, artıq qədim nadir kolleksiyalarla yanaşı, 1960-cı ildən əvvəlki dövrə aid muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab ediləcək.

Qaydaların indyədək mövcud olan varinatına görə, qədim nadir kolleksiyalar və otuz ildən çox tarixi olan muzey əhəmiyyətli əşyalar (o cümlədən, mebel, musiqi alətləri və s.) Azərbaycan ərazisində bu qaydanın məqsədləri üçün mədəni sərvətlər hesab edilirdi.

Qaydaların indyədək mövcud olan varinatına (3.3-cü bənd) görə, bu qaydanın tələbləri kütləvi istehsal olunan suvenirlərə şamil edilmirdi.

Qaydaların yeni varinatında bu bəndlə bağlı dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bu qaydanın tələbləri kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, “Mədəniyyət haqqında” qanunun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarına (suvenirlər daxil olmaqla) şamil edilməyəcək.

Qaydalara edilən yeni əlavəyə əsasən, bu qaydanın 3.3-cü bəndində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsas olacaq.

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununun tətbiqi və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1666 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetin 2014-cü il 29 avqust tarixli 294 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 8, maddə 1026; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 noyabr tarixli 522 nömrəli qərarı) ilə təsdiq edilmiş “Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi Qaydası”na aşağıdakı dəyişikliklər edilsin:

QƏRARA ALIR:

1. 3.2.6-cı yarımbənddə “otuz ildən çox tarixi” sözləri “1960-cı ildən əvvəlki dövrə aid” sözləri ilə əvəz edilsin.

2. 3.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.3. Bu Qaydanın tələbləri kütləvi və seriyalı istehsal olunan və ya 1960-cı ildən etibarən yaradılan, yaxud yaradılma tarixindən asılı olmayaraq, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 30.4-cü maddəsində nəzərdə tutulan ekspertizanın nəticəsinə əsasən mühafizə olunan mədəni sərvətlərin siyahısına daxil edilməyən mədəniyyət məhsullarına (suvenirlər daxil olmaqla) şamil edilmir.”.

3. Aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

“6.1-1. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulan mədəniyyət məhsullarının üzərində qeyd olunmuş seriya nömrəsi, istehsalçının adı və ya müəllif barədə məlumat, məhsulun yaradılma tarixi, yaxud ekspertizanın nəticəsinə dair arayış onların ixracı üçün əsasdır".//Trend

Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs oldu - Oxumaq üçün tıkla