Qaxda mağazalardan oğurluq edən şəxslər tutulublar

11:42 10 Yanvar 2015
185 Digər
Ölkə mətbuatı
A- A+

[ 10 Yanvar 2015 11:37 ]


Qax. Vüqar Heydərov - APA. Qaxda mağazalardan oğurluq edən şəxslər tutulublar.

 

Qax Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qapıçay kənd sakini Mikayıl Bəşəd oğlu Versalidze yaşadığı kənddə özünə məxsus qarışıq mallar mağazasından oğruluq edilməsi barədə yanvarın 9-da Qax RPŞ-ə müraciət edib.

 

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mikayıl Versalidziyə məxsus mağazadan oğurluq edən şəxslərin rayonun Turaclı kənd sakinləri - 1988-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Hüseyn Əlyar oğlu Ağayev və 1987-ci il təvəllüdlü Dursun Cəlaloviç Abduladze olduğu müəyənləşib. Keçirilmiş tədbirlər nəticəsində hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

 

Aparılmış ilkin istintaq zamanı məlum olub ki, H. Ağayev və D. Abduladze M. Versalidzeyə məxsus mağazadan 300 AZN nağd pul və 40 ədəd mobil telefon danışıq kartları oğurlayıblar. H. Ağayev və D. Abduladzenin ətrafında aparılan əməliyyat-axtarış zamanı həmçinin məlum olub ki, onlar ötən ilin dekabr ayının 3-də rayonun Güllük kəndində Fəhnurə Yəhyə qızı İsayevaya məxsus qarışıq mallar mağazasından da oğruluq ediblər.
 

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, H. Ağayev və D. Abduladzenin rayonda baş verən digər oğruluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368628

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR