Venesuelada 2 mərtəbəli sərnişin avtobusu ilə yük maşını toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma Ansoateqi ştatında baş verib. Hadisə nəticəsində 7 nəfər həlak olub, 40-a yaxın insan xəsarət alıb. Qəzadan sonra avtobus və yük maşını alışıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Milli.Az