"Qarabağ"ın qapıçısı İbrahim Şehiç yetirməsi olduğu Bosniya və Herseqovinanın "Jelezniçar" klubunun düşərgəsinə baş çəkib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qolkiper komandanın "Qrbavitsa" stadionundakı məşqində və gənclər akademiyasında futbolçularla görüşüb.
Onunla İtaliya "Udineze"sinin oyunçusu Riad Badjiç Sarayevo təmsilçisinin əsas komandasının məşqçi və futbolçuları ilə söhbət edib, mövsümün ikinci yarısına hazırlıqla maraqlanıb, "Jelezniçar"a uğurlar arzulayıblar. Klubun futbol məktəbindəki görüş zamanı isə yeniyetmə və gənc futbolçulara örnək olan ulduzlar onlara məsləhətlərini veriblər.
Qeyd edək ki, 2013-cü ildən "Qaabağ"da çıxış edən Şehiç peşəkar karyerasına başladığı Sarayevo klubunun şərəfini 2006-11-ci illərdə qoruyub.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində