“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu"ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya və İran Suriyada atəşkəs rejiminə təminatçı dövlətlərdəndir: “Onlar Bəşşar Əsəd rejimini İdlibə müdaxiləni dayandırmağa çağırmalıdırlar”.
M.Çavuşoğlu Soçi toplantısından da danışıb: “Ev sahibi Rusiyaya “YPG”nin (terrorçu PKK-nın Suriyadakı qollarından biri - “Report”) olduğu şəraitdə olmayacağımızı söylədik. "YPG" terror qruplaşmasıdır. “YPG” və “PYD” (terrorçu PKK-nın Suriyadakı qollarından biri - “Report”) kürdləri təmsil etmir. Fətullahçı Terror Təşkilatı və “YPG” dəstək verdiyi üçün Türkiyə-ABŞ münasibətləri pozulub. Bu yanlış yoldan dönməyəcəkləri halda münasibətlərin daha da pisləşəcəyi istisna edilmir”.