"Report"un məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin (MHM) baş mütəxəssisi Nadir Rəsulov bildirib.
Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrinin hazırlanması üçün İsveçrənin "TRÜB" şirkəti ilə yerli inteqrator olan "İdrak" şirkəti qarşılıqlı əməkdaşlıq edir. N.Rəsulov qeyd edib ki, artıq layihənin icrasına maraq göstərən 5 şirkətdən təkliflər alınıb və həmin təkliflər nəzərdən keçirilir.