Yalnız qadınlar oxusun

Qadınlarda cinsi bölgə təmizliyi çox önəmlidir. Cinsi əlaqədən sonra uşaqlıq yolu necə təmizlənməlidir? Mükəmməl təmizlik necə edilməli? Cinsi əlaqədən sonra sabunla uşaqlıq yolunu yumaq doğrudurmu?

Cinsi əlaqədən sonra çox qadınlar sabu,n ya da kosmetik məhsul istifadə etməklə uşaqlıq yolunu yuyurlar. Bəs uşaqlıq yolunu yumaq, həm də sabunla yumaq nə qədər doğrudur? Bu cür yuyunma əslində uşaqlıq yolu infeksiyalarına zəmin hazırlamırmı?

Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Op. Dr. Kağan Kocatepe bu barədə belə deyir: "Cinsi əlaqə sonrası yuyunma iki səbəblə edilir: Birincisi, spermaları yuyaraq uzaqlaşdırıb, hamiləlikdən qorunmaq. İkincisi, qarşı tərəfdən bir şeyə bulaşma ehtimalı varsa, bunu aradan qaldırmaq. Ancaq hər ikisini də yuynmaqla aradan götürmək mümkün deyil. Çünki spermalar çox hərəkətli hüceyrələr olduğu üçün onsuz da əlaqə anında yollarına girərlər. Yuyunmaqla hamilə qalma ehtimalını ancaq 10-dan 9-a sala bilər, daha çox mümkün deyil. Uşaqlığı suyla yumaq, infeksiya törədici bakteriyaların, viruslar və ya göbələklərin aradan qaldırılmasını təmin etməz. Təmizlik baxımından heç bir mənası olmadığı kimi ayrıca zərəri də ola bilər . Bu səbəbdən uşaqlıq yolu içinin yuyulmasını heç bir şəkildə məsləhət bilmirik. uşaqlıq yolunu sabunla yuyulmamalıdır. Çünki uşaqlıq yolunda xüsusi turş bir mühit vardır və sabunun o turş mühiti pozma ehtimalı çox yüksəkdir. Ancaq, xarici genital bölgə yuyulmalıdır. Uşaqlıq yolunu sabunla yumaq, yanma hissinə səbəb ola biləcəyi kimi, bu bölgədəki yaxşı xasiyyətli bakteriyaların və bədən müdafiə işçilərinin yox olmasına səbəb ola bilər. Bu da ciddi infeksiyalara gətirib çıxarar. Uşaqlıq yolu üçün çıxarılan təmizləmə mayeləri yalnız xarici genital bölgə üçün nəzərdə tutulmuşdur.

Uşaqlıq yolunu təmizləmək lazımdırmi? Normalda bədənin çölə baxan hər bölgəsinin özünü təmizləmə mexanizmi vardır. Bu səbəbdən uşaqlıq yolunun da özünə xas təmizləmə mexanizmi mövcuddur. Uşaqlıq yolu boynunda davamlı olaraq olan ifrazata, içərisində bakteriyaları öldürməyə istiqamətlənən leykositlər və bəzi yaxşı xasiyyətli bakteriyalar daxildir. Bunun sayəsində uşaqlıq yolu heç bir şey edilməsə də təmiz qalacaq bir mühitdir. Təmizləməyə istiqamətlənən əlverişsiz bir şeylər edilsə, bu vəziyyət uşaqlıq yolunun əleyhinə işləyə bilər.

Vajina təmizliyində kosmetik məhsuldan istifadə etmək doğrumu? Kosmetik məhsulların içində bir çox kimyəvi maddə mövcuddur. Bundan hər hansı birinə qarşı allergik bir vəziyyət söz mövzusu olsa, "vaginit" deyilən çox ciddi vajina infeksiyaları və ya iltihabları meydana gələ bilər.

Uşaqlıq yolunun təbii bir baryeri vardır və oradakı təbii bakteriya mühiti pis xasiyyətli bakteriyaları uzaqlaşdırmaq üçün çalışır. Burada kosmetik məhsuldan istifadə edilərsə, o təbii bakteriya mühiti pozub infeksiyalar əmələ gətirə bilər. Bu səbəbdən, kosmetik məhsulların birbaşa olaraq uşaqlıq yolunun içinə tətbiqi məsləhətli deyil. Uşaqlıq yolunun təmizliyi necə aydın olar? Cinsi həyatı olmayan bir qadının, hələ də bəkarət pərdəsi varsa, uşaqlıq yolunun gigiyena mövzusunu özünə dərd etməsinə ehtiyac yoxdur. Ancaq, cinsi həyat başladıqdan sonra qadınlar, öz özlərinə uşaqlıq yolunun gigiyenik vəziyyətini test etmək istəsələr, uşaqlıq yolu daxilindəki ifrazatın qoxusuna, miqdarında artım olub olmadığına və rənginə baxa bilərlər. Bəzən normalda qoxu yoxkən, əlaqə sonrasında ortaya pis bir qoxu çıxa bilər. Bu, enfeksiyon bir vəziyyətə işarədir. "Bakterial vajinoz" deyilən xüsusi bir bakteriya növü söz mövzusu ola bilər. Bunun müalicəsi də çox asandır. Uşaqlıq yolunun gigiyenasından şübhələnən qadınlar, həkimə müraciət edərək, ediləcək testlər nəticəsində əgər bir infeksiya varsa, vaxtında müalicə alaraq tam sağlam və komplekssiz həyat sürə bilərlər". (azadqadin.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR