Qadını evində döyüb, qızılını və pulunu aparıblar.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Gədəbəydə baş verib. Rayon sakini 59 yaşlı Rahilə İbrahimova yaşadığı evdə naməlum şəxs tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Məlumata görə, Rahilə İbrahimova rayonda qızıl-zinət əşyalarının satışı ilə məşğul olur. Qadının dediyinə görə, gecə saatlarında naməlum şəxs yaşadığı evə daxil olaraq onu döyüb, evdə olan təxminən 40 min manat dəyərində olan qızıl zinət-əşyalarını, pulları aparıb.
Rahilə İbrahimova başına gələnlər barədə polis məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Videonu izləmək üçün şəklə klikləyin:
