Bu il qlobal neft hasilatı 4% azala bilər

Bu il qlobal neft hasilatı 4% azala bilər
12:47 12 Yanvar 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 12 yanvar. REPORT.AZ/ Venesuela, İraq, Liviya və Nigeriyada neft hasilatı ilə bağlı müşahidə olunan problemlər səbəbindən bu il qlobal neft hasilatı 4% azala bilər. "Report" "Vestifinance.ru" saytına istinadən bildirir ki, adıçəkilən 4 ölkənin neft hasilatında azalma 3 mln. barel təşkil edə bilər.
Bu ölkələr arasında əsas problem Venesuelada yaşanır. "Citigroup"un Əmtəə bazarlarının araşdırılması Departamentinin rəhbəri Ed Mors (Ed Morse) bildirib ki, 2018-ci ilin sonunadək Venesuelanın neft hasilatı 700 min barel/gün azalaraq 1 mln. barel/gün səviyyəsindən aşağı düşə bilər. Xatırladaq ki, Venesuelada neft hasilatı dekabr ayında 1,7 mln. barel/gün təşkil edib və bu, 1980-ci illərdən bu günədək ən aşağı səviyyədir. Ötən illə müqayisədə isə Venesuelada neft hasilatı təxminən 500 min barel/gün azalıb.
"Venesuela iqtisadiyyatı hər an dağıla bilər. Nəticədə isə Venesuela neft hasialtını artırmayacaq", - deyə Norveçin DNB bankının neft bazarı üzrə baş analitiki Torbyorn Kyus (Torbjorn Kjus) bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bu-il-qlobal-neft-hasilati-4-azala-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR