Azərbaycan idmançıları artıq 3-cü mövsümdür ki, Hindistanda sərbəst güləş üzrə kişi və qadınlar arasında keçirilən Pro Restlinq Liqada (Pro Wrestling League) mübarizə aparır.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, üçqat dünya çempionumuz Hacı Əliyev və Aslanbəy Alborov "Dehli Sultanları" (Delhi Sultans) klubunda, digər güləşçimiz Cəmaləddin Məhəmmədov isə "Danqal" komandasında çıxış edir.
Lakin təşkilatçılar idmançılarımızdan Cəmaləddin Məhəmmədovla bağlı texniki səhvə yol veriblər. Belə ki, o, turnirin saytında Rusiya idmançısı kimi təqdim olunub.
Cəmaləddin Məhəmmədovun komandası isə "Pəncab Kralları"na (Punjab Royals) 40:33 hesabı ilə qalib gəlib. 125 kq-da çıxış edən ağır çəkili legionerimiz gürcü Ceno Petriaşviliyə 3:4 uduzub. Bu nəticələrdən sonra altı komandanın iştirak etdiyi turnirdə "Danqal" 2 xalla lider, xalsız "Dehli Sultanları" isə sonuncu pillədə qərarlaşıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində