Ermənistanda "Sasna Tsrer" qrupunun tərəfdarları etiraz aksiyası keçirib.
Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ötən ilin dekabr ayının 19-dan aclıq aksiyası keçirən keçmiş döyüşçülər Smbat Barseğyan və Armen Bilyanın "Armavir" cəzaçəkmə müəssisəsinə köçürülməsini tələb ediblər.