Qadın və uşaqlar zorakılığa məruz qalır

2017-ci ilin dekabrında Ermənistan parlamenti ailə zorakılığı ilə bağlı qanun qəbul edib. Zorakılıq barədə şikayətlərə polisin münasibəti dəyişməyib, qadın və uşaqların zorakılığa mərzu qalma riski davam edir.


Bu barədə “Human Rights Watch” təşkilatının məqaləsində qeyd olunub.

Təşkilat Ermənistanda məişət zorakılığının qurbanı olan 12 qadınla söhbət aparıb. Qadınların sözlərinə görə, həyat yoldaşları və ya sevgililəri onları döyür və zorlayırlar. Onlar bildirib ki, uzun illərdir analarına qarşı zorakılıq hərəkətlərinin şahidi olublar.

Rəyi soruşulanlar qeyd edib ki, zorakılıqla bağlı polisə və ya digər səlahiyyətli orqanlara məlumat verilsə də, günahkarlar heç bir məsuliyyətə cəlb edilmir.

“Ermənistan hakimiyyəti ailədə zorakılığın qarşısını ala bilmir və ailə üzvlərinin, xüsusən də qadınların, uşaqların həyat və sağlamlığını təhlükə altında qoyur. Yeni qanun mühüm addımdır. Lakin hakimiyyət ailədə zorakılıq barədə məlumatlara ciddi yanaşmasa, qadınlara və uşaqlara lazımi hüquqi, tibbi və sosial yardım göstərməsə, təhlükə mövcud olacaq” –deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Byukenen Ceyn deyib.

Qeyd olunub ki, ötən il ərzində 4 qadın ailə zorakılğı səbəbindən öldürülüb. Son 7 il ərzində isə zorakılıq nəticəsində ölənlərin sayı 50 nəfər təşkil edib.

http://matbuat.az/news/872620/ermenistanda-herbcilere-gore-aksiyalar.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR